08 Sentyabr 2026, 17:35
FUTBOL
2026-cı ilin yekunlarına əsasən, dünyanın ən yaxşı gənc futbolçusuna veriləcək mükafata ("Kopa Trophy") 10 namizədin adı bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə "France Football" jurnalının mətbuat xidməti məlumat yayıb.
İddialıların rəsmi siyahısına Lamin Yamal, Pau Kubarsi (hər ikisi "Barselona"), Uorren Zair-Emeri (PSJ), Kərim Alaybeqoviç ("Zalsburq" / "Yuventus"), Əyyub Buaddi ("Lil" / "Mançester Siti"), Yan Diomande ("Leypsiq" / "Real"), Lennart Karl ("Bavariya"), Eli Junior Krupi ("Bornmut"), Yohan Manzambi ("Frayburq" / "Aston Villa") və İbrahim Maza ("Bayer Leverkuzen") daxil edilib.
Qeyd edək ki, mükafatın qalibi oktyabrın 26-da Londonda keçiriləcək "Qızıl top" mərasimində elan olunacaq.













