Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulacaq. Matc.az-ın məlumatına görə, son olaraq iki oyun keçiriləcək.
I Liqa təmsilçilərinin duelində "Xankəndi" "Gəncəbasar"la münasibətlərə aydınlıq gətirəcək.
I Liqanın digər iştirakçısı "Karvan-Yevlax" II Liqada çıxış edən "Zəngəzur"la üz-üzə gələcək. Hər iki qarşılaşma saat 14:00-da start götürəcək.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
29 oktyabr
14:00. "Xankəndi" – "Gəncəbasar"
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu
14:00. "Zəngəzur" – "Karvan Yevlax"
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu
Xatırladaq ki, raundun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şimal"ı (6:0), "Marafon" "Zaqatala"nı (1:0), "Sumqayıt" "Kür-Araz"ı (11:0), "Qəbələ" "Mingəçevir"i (3:0), "Zirə" "Səbail"i (2:2, p. - 3:2), "İmişli" "Qaradağ Lökbatan"ı (4:1), "Şamaxı" "Hypers"i (5:1), "Şahdağ Qusar" MOİK-i (9:1), "Şəfa" "Ağstafa Gəncləri"ni (9:2), "Kəpəz" "Baku Sportinq"i (3:1) məğlub edib.











_1693395834.png)

