28 Noyabr 2026, 16:35
FUTBOL
PSJ qapıçı mövqeyini gücləndirmək üçün yeni futbolçu axtarışlarını davam etdirir.
Matc.az xəbər verir ki, Fransa klubu “Brayton”un 24 yaşlı qapıçısı Bart Verbrüggeni transfer etməyi düşünür. “L'Equipe”in məlumatına görə, niderlandlı qolkiper “Real Madrid” və “Bavariya”nın da maraq dairəsindədir. Onun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Verbrüggenin transfer dəyəri 40 milyon avro qiymətləndirilir. Qapıçı bu mövsüm “Brayton”un heyətində İngiltərə Premyer Liqasında 11 oyun keçirib və 7 matçda qapısını toxunulmaz saxlayıb.












