Futbol üzrə Rusiya Premyer Liqasında 3-cü turun oyunları keçirilir. Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva "Dinamo"su da növbəti matçına çıxıb

Futbol üzrə Rusiya Premyer Liqasında 3-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Ural"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
 
Ramil də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin forvardı sonadək oynayıb. Komandasının vurduğu hər iki qolda Şeydayev də yaxından iştirak edib. Xüsusilə ikinci qolda topu rəqibin cərimə meydançasına qədər daşıyan futbolçumuzun məhsuldar ötürməsi həlledici olub.
 
"Dinamo" 3 turdan sonra 4 xalla 16 kollektiv arasında 7-cidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest