İtaliya A seriyasında çempionluğu rəsmiləşdirən “İnter”in yayda yollarını ayıracağı bir futbolçu müyyənləşib. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Stefano Sensi “neradzurra”nı tərk edəcək.
 
Məsələ burasındadı ki, 28 yaşlı futbolçunun klubla müqavilə müddəti mövsümün sonuna qədərdi. O, yayda azad agent kimi başqa komandaya keçəcək. Çünki tərəflər yeni sözləşmə imzalamamaq qərarına gəlib.
 
Qeyd edək ki, Sensi 2019-cu ildən “İnter”də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest