"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes 2023/24 mövsümünün qalan matçlarında oynamayacaq.
 
Matc.az xəbər verir ki, insayder Fabrizio Romanonun sözlərinə görə, 23 yaşlı argentinalı futbolçu qasıq yırtığından əməliyyat olunub. London komandasının oyunçusu son həftələrdə ağrılar keçirirdi. Fernandez mövsümün qalan hissəsini buraxacaq, lakin iyunun 20-də ABŞ-da başlayacaq Amerika Kubokunda Argentina yığmasında oynamağa tam hazır olacağı gözlənilir.
 
Bu mövsüm Enzo "zadəganlar"ın heyətində 40 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest