“Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov Türkiyədə əməliyyat olunub. Matc.az xəbər verir ki, 27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə İstanbulda gerçəkləşib.
 
İsgəndərovun əməliyyatı uğurlu keçib. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir.
 
Qeyd edək ki, Ülvi İsgəndərov son matçını martın 9-da “Sabah”a qarşı keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest