Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Portuqaliyanın "Sportinq" klubunun mərkəz müdafiəçisi İvanildo Fernandesi heyətinə qatıb.
 
Bu barədə Trabzon təmsilçisinin rəsmi saytı məlumat yayıb. 23 yaşlı portuqaliyalı futbolçu Lissabon klubundan 1 illik icarəyə götürülüb.
 
İvanildo yeni komandasında bu 1 il ərzində 540 min avro qazanacaq. "Trabzonspor" həmçinin 60 min avro menecerlik haqqı da ödəyəcək.
 
"Sportinq"in yetirməsi olan Fernandes bu klubun B komandasında 83 oyun keçirib. ötən mövsüm "Moreyrense"yə icarəyə verilən futbolçu, bu komandada 21 oyuna çıxıb, 1 qol vurub, 6 sarı vərəqə alıb. O, Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, hələ əsas millidə debüt şansı qazanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest