"Tottenhem"in "Yuventus"dan Paulo Dibalanı transfer etmək cəhdi uğursuz nəticələnib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, turinlilər argentinalı hücumçunu satmaqdan son anda imtina edib.

Halbuki klublar arasında danışıqlar müsbət məcrada davam edirdi. İngiltərədə "transfer pəncərəsi"nin son günü olduğundan, "Tottenhem" keçidi rəsmiləşdirməyə çalışıb. Lakin "qoca sinyora" son anda oyunçusunu satmaq fikrindən vaz keçib.

İtalyanlar ona əvəzləyici tapmadıqları üçün qərara gəliblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest