Qaret Beylin "Real"da qalması Uels yığmasının baş məşqçisi Rayan Giqqzi sevindirib. 46 yaşlı mütəxəssis ulduz futbolçunun Çinə yollanmamasını özləri üçün şans hesab edir. Onun fikrincə, Beylin "Real"da qalması Uels yığmasının da işinə yarayacaq.
Qaret Beylin "Real"da qalması Uels yığmasının baş məşqçisi Rayan Giqqzi sevindirib. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, 46 yaşlı mütəxəssis ulduz futbolçunun çinə yollanmamasını özləri üçün şans hesab edir.
Onun fikrincə, Beylin "Real"da qalması AVRO-2020-nin seçmə mərhələsində Uels yığmasının da işinə yarayacaq: "Qəribə dönəm oldu. Əsas odu ki, Beyl problemi həll edildi. Beylin "Real"da qalması ilə bağlı seçim AVRO-2020-də bizə kömək olacaq. Daim onunla əlaqədə oldum. Beylin çinə getməsi ideal olmazdı. Avropa klubunda səyahət etməsi və öyrəşdiyimiz təqvimdə qalması sevindiricidi".
Qeyd edək ki, Uels yığması AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu sentyabrın 6-da Azərbaycan millisinə qarşı keçirəcək. Həmin qarşılaşmada britaniyalıları kapitan kimi məhz Beylin meydana çıxarması gözlənilir.