14 Dekabr 2025, 16:51
FUTBOL
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman "Barselona" üçün 10 milyard avro təklif etməyi planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "El Chiringuito"nun jurnalisti Fransua Qallardo paylaşıb.
Bildirilir ki, "Barselona"nın klub üzvləri belə bir alışa mane ola bilər, çünki klub seçkilər və idarəetməyə nəzarət edən kollektiv üzvlərə məxsusdur.
Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu potensial olaraq "Barselona"nın ayrıca kommersiya bölməsinə investisiya qoya bilər.
Qeyd olunur ki, Kataloniya klubunun hazırda 2,5 milyard avro borcu var.









_1765739479.jpeg)


