14 Dekabr 2025, 13:47
FUTBOL
Braziliya Futbol Konfederasiyası (CBF) milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə müqavilənin uzadılması ilə bağlı danışıqların aktiv mərhələsinə keçi.
Matc.az xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.
Bildirilir ki, tərəflər 2030-cu ilə qədər müddətə müqavilə bağlamağı müzakirə edirlər.
CBF italiyalı mütəxəssisin işindən tam məmnun olduğunu bildirir və onun rəhbərliyi altında uğurlu bir dövr üçün möhkəm təməl qoyulduğunu qeyd edir.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında Braziliya C qrupunda Şotlandiya, Haiti və Mərakeşlə mübarizə apatacaq.


_1765739479.jpeg)









