Sentyabrın 6-da AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasının heyətində dəyişiklik olub. "Yuventus"un yarımmüdafiəçisi Aaron Remsi heyətdən çıxarılıb.

Sentyabrın 6-da AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasının heyətində dəyişiklik olub. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Yuventus"un yarımmüdafiəçisi Aaron Remsi heyətdən çıxarılıb.

Buna səbəb ulduz futbolçunun uzun müddətdi oyun praktikasından əziyyət çəkməsidi. Apreldən bəri yalnız "Yuventus"un heyətində "Triestina" ilə yoldaşlıq görüşündə meydana çıxan Remsiyə britaniyalıların baş məşqçisi Rayan Giqqz ehtiyac duymayıb. Onu "Mançester Yunayted"in 19 yaşlı yarımmüdafiəçisi Dilan Levitt əvəzləyib.

Qeyd edək ki, Uels - Azərbaycan görüşü "Kardiff" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest