AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uels və Xorvatiya ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti müəyyənləşib. Matc.az saytının məlumatına görə, baş məşqçi Nikola Yurçeviç "23-lüy"ü açıqlayıb.
Sentyabrın 2-dən bir araya gələcək yığmamız ayın 6-da səfərdə Uels, 9-da isə Bakıda Xorvatiya ilə qarşılaşacaq.
Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Məhəmmədəliyev ("Qarabağ")
Müdafiəçilər: Maksim Medvedev, Rahil Məmmədov (hər ikisi "Qarabağ"), ömər Buludov, Anton Krivotsyuk (hər ikisi "Neftçi"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Şəhriyar Rəhimov ("Səbail"), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi "Sabah")
Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Mahir Emreli, Araz Abdullayev (hamısı "Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Dmitri Nazarov ("Aue", Almaniya), Cavid Hüseynov ("Zirə"), Rəşad Eyubov ("Sabah")
Hücumçular: Ramil Şeydayev ("Dinamo", Moskva, Rusiya), Rüfət Dadaşov ("Proyssen", Almaniya), Renat Dadaşov ("Pakuş de Fereyra", Portuqaliya), Ağabala Ramazanov ("Səbail").