"Rakitiç "Barselona"dakı durumunu müəyyənləşdirə bilmədiyindən, oyunlarımıza köklənə bilməyəcəkdi. İndi yalnız çağırdığım oyunçular barədə düşünürəm. Vlaşiç, Brekalo kimi iddialı oyunçularımız var".

"Bizi iki çətin oyun gözləyir. Hansı ki, hər iki matçda uğurlu nəticəyə köklənməliyik. Komandanın yaxşı formada çıxış etməsi üçün çox güc sərf etməliyik". Matc.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç deyib.

AVRO-2020-nin seçmə mərhələsində Slovakiya və Azərbaycanla qarşılaşacaq dünya ikincisi bu gündən bir araya gəlib. Məşq öncəsi mətbuat konfransı keçirən Daliç komandasının hazırkı durumunu dəyərləndirib.

Təcrübəli mütəxəssis bəzi futbolçularla bağlı vəziyyətin ürəkaçan olmadığını gizlətməyib: "Rakitiç "Barselona"dakı durumunu müəyyənləşdirə bilmədiyindən, oyunlarımıza köklənə bilməyəcəkdi. İndi yalnız çağırdığım oyunçular barədə düşünürəm. Vlaşiç, Brekalo kimi iddialı oyunçularımız var. Kovaçiç bu gün tibbi müayinədən keçdi. Vəziyyəti barədə tezliklə məlumatlı olacağıq. Modriç formada olmasa belə, ona görə narahat deyiləm. Kapitanımız hər zaman milli üçün ən yaxşısını edib. ümumiyyətlə, keçid dövründəyik. Bir çox kiçik problemlər var ki, onların həllinə çalışırıq".

Qeyd edək ki, xorvatlar sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycan millisinin qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest