Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Paris təmsilçisi İspaniyanın "Sevilya" klubundan Serxio Rikonu heyətinə qatıb. 
 
Bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. 26 yaşlı qapıçı 2019/20 mövsümünü icarə əsasında PSJ-də keçirəcək.
 
PSJ mövsümün sonunda müəyyən olunmuş məbləği ödəyəcəyi təqdirdə, Rikonun transfer hüquqlarına sahib ola bilər.
 
"Sevilya" bu mövsüm Avropa Liqasının A qrupunda "Qarabağ", APOEL və "Düdelanj"la mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest