"Barselona"nın danimarkalı müdafiəçisi Andreas Kristensen zədə səbəbindən təxminən 2 ay yaşıl meydanlardan kənarda qalacaq.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Bildirilir ki, Kristensen La Liqanın 7-ci turunda "Sevilya"ya qarşı keçirilən matçda (3:1 hesablı qələbə) zədələnib. Həmin qarşılaşmanın 59-cu dəqiqəsində onu Jerar Martin əvəzləyib.
Tibbi müayinə 30 yaşlı müdafiəçinin sol ayağının bud əzələsində zədə aşkarlayıb. Həkimlərin proqnozlarına görə, bərpa prosesi təxminən 2 ay çəkəcək.
Bu 2 ayın 3 həftəsi milli komandaların oyunları ilə bağlı yaranacaq fasiləyə təsadüf etsə də, Kristensen böyük ehtimalla "Barselona"nın 8 matçını, o cümlədən La Liqa və Çempionlar Liqasında müvafiq olaraq "Real" və PSJ-yə qarşı oyunları buraxmalı olacaq. Onun yaşıl meydanlara qayıdışı yalnız noyabrın 21-i və ya 22-də keçiriləcək "Vilyarreal"la La Liqa matçına təsadüf edə bilər.
Xatırladaq ki, bu ilin yayında Kristensen "Barselona" ilə müqaviləsinin müddətini 2028-ci ilin yayına qədər uzadıb.




_1790195980.jpg)








