Gələn il "Barselona" yenidən müvəqqəti olaraq doğma stadionu "Kamp Nou"nu tərk edəcək.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, "Barselona" 2027/28 mövsümünün ilk yarısında doğma stadionunun xidmətlərindən məhrum olmaq məcburiyyətində qalacaq. Bu müddət ərzində kataloniyalılar yenidən "Monjuik" stadionunda oynayacaqlar.
Belə bir addım "Kamp Nou"nun yenidən qurulmasının başa çatdırılması üçün zəruridir, bu çərçivədə stadionun tutumu 62 mindən 95 min tamaşaçıya qədər artacaq. Yenidənqurmanın bu mərhələsini həyata keçirmək üçün "Barselona" daha 510 milyon avro məbləğində kredit götürəcək.
Əvvəllər "Barselona" artıq "Kamp Nou"dan "Monjuik"ə köçmüşdü və "Kamp Nou"nun yenidən qurulmasının birinci mərhələsi baş tutan zaman 2023/24 və 2024/25 mövsümlərini Olimpiya stadionunda keçirmişdi.
Qeyd edək ki, 2028/29 mövsümündə yenilənmiş "Kamp Nou" Çempionlar Liqasının final oyununa ev sahibliyi etməlidir.













