02 Sentyabr 2019, 20:07
FUTBOL
İtaliyanın “Parma” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Mateo Darmianı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
"Parma" bu transferə görə “Mançester Yunayted”ə 1,5 milyon avro ödəyib.
Qeyd edək ki, italiyalı futbolçu “qırmızı şeytanlar”a 2015-ci ildə “Torino”dan cəlb olunmuşdu.