21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 25 sentyabrda növbəti oyununa çıxacaq.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 25 sentyabrda növbəti oyununa çıxacaq. Millimiz evdə Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, "Bank Respublika Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:45-də başlanacaq. İrlandiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
Qarşılaşmanın baş hakimi Aaron Odoud olacaq. Ona həmyerliləri Darra Kigan və Şeyn Cerrard OBrayen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Pol Norton yerinə yetirəcək.





_1790093096.jpg)







