""Xorvatiya və Macarıstana məğlubiyyət zamanı hamı məyus idi. Amma paltardəyişmə otağında ən çox Beyl üzgün görünürdü. Bu, milli komandanın və Avropa çempionatının onun üçün nə qədər böyük önəm kəsb etdiyini göstərir"
"Beyli meydanda əvvəlki formasında görmək əladı. çünki seçmə mərhələ oyunlarında onun liderliyinə çox ehtiyacımız olacaq". Matc.az saytının məlumatına görə, bunu Uels millisinin müdafiəçisi Kris Mepam deyib.
Britaniya təmsilçisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Azərbaycan millisini qəbul edəcək.
Qarşılaşma öncəsi yerli mətbuata danışan Mepam komandanın yeni kapitanı Qaret Beylin klubu "Real"da yenidən aparıcı oyunçuya çevrilməsini dəyərləndirib: "Xorvatiya və Macarıstana məğlubiyyət zamanı hamı məyus idi. Amma paltardəyişmə otağında ən çox Beyl üzgün görünürdü. Bu, milli komandanın və Avropa çempionatının onun üçün nə qədər böyük önəm kəsb etdiyini göstərir. Daim özünə yüksək hədəf qoyar. Qaret hər oyunda rəqibə daha yaxşı təzyiq etmək üçün komandanı irəli aparır. ümid edirəm ki, qarşıdakı matçda da belə olar. Yaxşı hücum alternativimiz var".
22 yaşlı müdafiəçi bu mövsüm "Mançester Yunayted"in heyətində əla çıxışla diqqət çəkən digər gənc oyunçu Daniel Ceymsə də böyük ümidlər bəslənildiyini söyləyib: "Son bir neçə həftədə komandamızda sehr edə biləcək başqa oyunçuların üzə çıxması sevindirici haldı. Ceymsin "Mançester Yunayted" kimi böyük klubda gördüyü işlər alqışalayiqdi. Bunu rəsmi görüşdə də təkrarlasa, əla olar. Qrupda ardıcıl iki məğlubiyyət bizi hədəfimizə daha möhkəm yapışmağa məcbur edir. Bu üzdən Azərbaycanı məğlub etməkdən başqa yolumuz yoxdu".
Qeyd edək ki, Uels - Azərbaycan görüşü Kardiffdə keçiriləcək.