"Çelsi"nin yarımmüdafiəçisi Mateo Kovaçiçin durumu klubun məşqçilər korpusunu narahat edir. Ulduz futbolçu bir neçə ay komandadan ayrı qala bilər. Kovaçiç sağ ayağındakı zədə səbəbindən AVRO-2020-nin seçmə mərhələsində oyunların heyətindən çıxarılıb.

"çelsi"nin yarımmüdafiəçisi Mateo Kovaçiçin durumu klubun məşqçilər korpusunu narahat edir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu bir neçə ay komandadan ayrı qala bilər.

Kovaçiç sağ ayağındakı zədə səbəbindən AVRO-2020-nin seçmə mərhələsində Slovakiya və Azərbaycanla keçiriləcək oyunların heyətindən çıxarılıb. Məhz millinin həkimləri oyunçuda zədə aşkarlayıb və onun klubuna qayıtması qərara alınıb. 25 yaşlı yarımmüdafiəçi artıq "zadəganlar"ın bazasına dönüb və müayinəsinə start verilib.

Baş məşqçi Frenk Lempardı narahat edən məqam onun gec sağalmasıdı. çünki Ruben Loftus-çek və Kallum Hadson-Odoi eyni zədə ucbatından ötən mövsüm 4 ay komandadan ayrı qalmışdılar. Bu isə, onsuz da, zədəli sayı çox olan "çelsi"də əlavə problemdi. Ancaq həkimlər Kovaçiçin növbəti çempionat matçına yetişməsini də istisna etmirlər.

Qeyd edək ki, "çelsi" Premyer Liqada növbəti oyununu sentyabrın 14-də "Vulverhempton"a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest