Avropa Liqasının qrup mərhələsində gələn həftə "Qarabağ"la qarşılaşacaq "Vorskla"da maraqlı addım atılıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandanın iki aparıcı futbolçusu Vladislav Kulaç və vitse-kapitan Aleksandr çijov kinoteatrda azarkeşlərlə bir araya gəlib.

Klubun yetirməsi olan müdafiəçi çijov tədbirə qızı, hücumçu Kulaç isə ailəsi ilə birlikdə qatılıb. Görüş zamanı futbolçularla şəkil çəkdirən azarkeşlər arasında viktorina təşkil olunub. Belə ki, adıçəkilən oyunçulara ən yaxşı sual verən 10 fanat "Qarabağ"la görüş üçün bilet qazanıb.

Qeyd edək ki, "Vorskla" – "Qarabağ" oyunu noyabrın 8-də Poltavada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest