"Aberdin"dən qolla və qələbə ilə milliyə qoşulmaq əladı. Beynəlxalq səviyyədə tanınmaq hər zaman xoşdu. Millinin düşərgəsinə böyük inamla qoşuldum. Məqsədim komandama yaxşı işlər görməkdə kömək etmək və Azərbaycanla oyunda 3 xal qazanmaqdı".
"Dünyanın ən güclü futbolçularından birinə sahibik. ümumiyyətlə, yığmamızın ayrı-ayrılıqda yüksək keyfiyyətlərə malik oyunçuları var. çətin qrupa düşsək də, burdan çıxacaq potensialımıza malikik". Matc.az saytının məlumatına görə, bunu Uels yığmasının hücumçusu Rayan Hedjes deyib.
24 yaşlı futbolçu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyunda hədəflərinin yalnız qalibiyyət olduğunu söyləyib.
"Aberdin"in heyətində ötən həftəsonu "Ross Kaunti" ilə qarşılaşmada (3:0) fərqlənən Hedjes bunun davamını gətirmək niyyətindədi: "Aberdin"dən qolla və qələbə ilə milliyə qoşulmaq əladı. Beynəlxalq səviyyədə tanınmaq hər zaman xoşdu. Millinin düşərgəsinə böyük inamla qoşuldum. Məqsədim komandama yaxşı işlər görməkdə kömək etmək və Azərbaycanla oyunda 3 xal qazanmaqdı. Əgər bunu edə bilsək, Belarusla yoldaşlıq görüşünə rahat çıxacağıq. Azərbaycanla ev matçında 3 xal qazanmaq çox vacibdi. Şans əldə edəcəyim təqdirdə, millidə də qol hesabını açmaq istəyirəm".
Qeyd edək ki, Uels - Azərbaycan oyunu sentyabrın 6-da Kardiff şəhər stadionunda keçiriləcək.