Həkimin rəyinə və baş məşqçinin qərarına əsasən Məmmədov heyətdən çıxarılıb. O, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Uels yığması ilə keçiriləcək oyuna yollanan heyətdə yer almayıb.

Azərbaycan millisinin heyətində növbəti itki baş verib. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Rahil Məmmədov bu gün səhər keçirilmiş məşq zamanı köhnə zədəsini yeniləyib.

Həkimin rəyinə və baş məşqçinin qərarına əsasən Məmmədov heyətdən çıxarılıb. O, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Uels yığması ilə keçiriləcək oyuna yollanan heyətdə yer almayıb.

Qeyd edək ki, "Qarabağ"ın digər mərkəz müdafiəçisi Bədavi Hüseynov da zədə ucbatından yığmaya çağırılmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest