"Son dünya çempionatına yollanmamaq futbolçuları qəzəbləndirib. Onlar AVRO-2020-dən kənarda qalmaq istəmirlər. Çətin qrupa düşən "əjdahalar"ın durumu heç də ürəkaçan deyil". Ancaq Rayan Giqqzin komandası geridönüş etmək niyyətindədi".

Uels mətbuatı AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyunla bağlı proqnoz verib. Matc.az xəbər verir ki, britaniyalılar sabah baş tutacaq qarşılaşmada komandalarının qələbəsinə əmindilər.

Həmkarlarımız bəzi oyunçularının formaya düşməsinin həlledici olacağını düşünür: "Son dünya çempionatına yollanmamaq futbolçuları qəzəbləndirib. Onlar AVRO-2020-dən kənarda qalmaq istəmirlər. çətin qrupa düşən "əjdahalar"ın durumu heç də ürəkaçan deyil. Ancaq Rayan Giqqzin komandası geridönüş etmək niyyətindədi. Azərbaycanla oyun bu baxımdan şansdı. İndi azərbaycanlıları əla forma yığan Qaret Beylə qarşı çətin sınaq gözləyir. Bu oyunun ən real hesabı 3:0-dı".

Qeyd edək ki, Kardiff şəhər stadionunda keçiriləcək Uels - Azərbaycan matçı Bakı vaxtı ilə 22:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest