06 Sentyabr 2019, 13:45
AVRO-2024
AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan – Xorvatiya görüşünün hakimləri müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA sentyabrın 9-dakı oyunu isveçrəli hakimlər briqadasına həvalə edib.
Qarşılaşmanın baş hakimi Sandro Şarer olacaq. Ona Stefane De Almeyda və Sladan Yosipoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fedayi San yerinə yetirəcək.
Hakim-inspektor Aleksandru Dyakonu (Rumıniya), UEFA nümayəndəsi Sergey İliç (Belarus) olacaq.
Qeyd edək ki, oyun "Bakcell Arena"da baş tutacaq.