İtaliya yığmasının və "Yuventus"un sabiq yarımmüdafiəçisi Klaudio Markizio karyerasını bitirir. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə Markizionun sabah mətbuat konfransı keçirəcəyi və karyerasını bitirdiyini rəsmən açıqlayacağı bildirilir.

"Yuventus"un yetirməsi olan Markizio 2005-2018-ci illər aralığında Turin təmsilçisində forma geyinib. Daha sonra "Zenit"ə keçən yarımmüdafiəçi hazırda klubsuzdu. Onun adı müxtəlif klublarla yanaşı çəkilsə də, bu xəbərlər özünü doğrultmadı. İtaliya yığmasında 55 oyun keçirən Klaudio 5 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest