03 Oktyabr 2019, 16:21
FUTBOL
Ukrayna kubokunda 1/8 final mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya"nın rəqibi məlum olub.
Paşayevin komandası bu mərhələdə "Zarya" ilə qarşılaşacaq. Donetsk "Şaxtyor"u isə Kiyev "Dinamo"su ilə üz-üzə gələcək.
Ukrayna kuboku
1/8 final mərhələsi
"Kolos" – "Vorskla"
"Minay" – "Lvov"
"Nikolayev" – "Desna"
"Alyans" – "Qornyak-Sport"
"Dinamo" (Kiyev) – "Şaxtyor"
"İnquleç" – "Dnepr-1"
"Mariupol" – "Olimpik"
"Aleksandriya" – "Zarya"