07 Oktyabr 2019, 21:53
FUTBOL
Argentinalı futbolçu Ezekiel Esperon vəfat edib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçu binanın 6-cı mərtəbəsindən yıxılıb.
Təcili xəstəxanaya aparılan oyunçunun həyatını xilas etmək mümkün olmayıb.
Faciə oktyabrın 6-da, saat 3:00 radələrində baş verib. Dostları ilə birlikdə binanın balkonunda partidə olan Esperon, ehtiyatsızlıqdan yerə yıxılıb və vəfat edib.
Ezekiel Meksikanın “Atlante” klubunda forma geyinirdi.