Almaniya yığmasında zədəlilərin sayı gündən-günə artır. Matc.az saytının xarici mətbuata istindən məlumatına görə, bu üzdən daha bir oyunçu heyətdən çıxarılıb.

Bu dəfə müdafiəçi Conatan Tah yığmanın düşərgəsini tərk edib. Buna səbəb 23 yaşlı sol cinah oyunçusunun qripə yoluxmasıdı. Tah artıq klubu "Bayer"ə qayıdıb.

Bir neçə gün əvvəl Toni Kroos və Yonas Ektor da Almaniya yığmasından kənarlaşdırılmışdı.

Qeyd edək ki, Almaniya millisi əvvəlcə bu gün Argentina ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə AVRO-2020-nin seçmə mərhələsində Estoniya ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest