İtaliya A Seriyası klubları Berlin “Union”unun müdafiəçisi Dioqo Leyteni diqqətlə izləyirlər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.

26 yaşlı futbolçuya “Milan” və “Bolonya” maraq göstərir.

Leyte bu yaxınlarda Bundesliqada 100 oyun həddinə çatıb. Portuqaliyalı mərkəz müdafiəçisi bu matçların əksəriyyətində start heyətində meydana çıxıb ki, bu da Almaniya klubunun müdafiə xəttindəki əsas rolunu təsdiqləyir.

“Milan” və “Bolonya”nın qış transfer pəncərəsi zamanı futbolçunun transferi imkanını nəzərdən keçirə biləcəyi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest