Türkiyə Super Liqasında 16-cı tura yekun vurulub.

Matc.az xəbər verir ki, turun son oyununda "Fənərbaxça" doğma meydanda "Konyaspor"u qqəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 36-ya yüksəldən "Fənərbaxça" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 16 xalı olan "Konyaspor" isə 12-ci yerdədir.

"Fənərbaxça" - "Konyaspor" 4:0
Qollar:
Anderson Talişka, 28 (pen), 37, Mert Müldür, 30, Marko Asensio, 87

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest