15 Dekabr 2025, 18:31
FUTBOL
"Lion" "Real"da çıxış edən Endrikin keçidini yekunlaşdırmaq üzrədir.
Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" nəşri məlumat yayıb.
Fransa klubu braziliyalı hücumçunu mövsümün sonuna kimi icarəyə götürəcək. 19 yaşlı forvard dekabrın 29-da "Lion"la ilk məşqinə çıxacaq. Gənc futbolçu gələn il 3 yanvar tarixində "Monako" ilə keçiriləcək matçda forma geyinə biləcək.
Qeyd edək ki, Endrik bu mövsüm "Real"ın heyətində 2 oyunda cəmi 22 dəqiqə meydanda olub.









_1765818873.jpg)


