06 Noyabr 2019, 14:34
FUTBOL
"Barselona"nın müdafiəçisi Xordi Albanın durumuna aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, çempionlar Liqasının qrup mərhələsində "Slaviya" ilə qarşılaşmada zədələnən futbolçu bir müddət komandasına kömək edə bilməyəcək.
Görüşün fasiləsindən sonra əvəzlənən Albanın topuq nahiyəsindən xəsarət aldığı müəyyənləşib. Həkimlər onun təxminən 2 həftə komandadan ayrı qalacağını bildirib. Bu isə o deməkdi ki, 30 yaşlı sol cinah oyunçusu həftəsonu La Liqanın XIII turunda "Selta" ilə matçı buraxacaq.
Qeyd edək ki, "Barselona" - "Sevilya" matçı qolsuz bərabərliklə nəticələnib.