Futzal üzrə Yüksək Liqada XIV tura start verilib. Matc.az saytının məlumatına görə, bu gün turun bir oyunu baş tutub.

Lider "Araz" ortabablardan olan "Premier"lə qarşılaşıb. Qubadakı ADİU-nun İdman Kompleksində keçirilən görüş bol qollu alınıb. 15 qol vurulduğu matçda "Araz" 9:6 hesablı qələbə qazanıb. Bununla çempion qış fasiləsinə məğlubiyyətsiz yollanıb. Komanda cari mövsüm keçirdiyi 14 oyunun hamısında qələbə qazanıb.

İlin son turunun digər oyunları isə sabah Bakıdakı Olimpik Starda keçiriləcək.

 

Yüksək Liqa

XIV tur

25 dekabr

"Premier" (Quba) – "Araz" - 6:9

Qollar: Firudin Ağalarov, 05:08; Ağaseyid Qasımov, 18:58; Vüqar Asalıyev, 22:55, 39:00; Sabir Əlişan, 28:53, 31:28 - İsa Atayev, 02:10, 03:10, 19:40; Xətai Bağırov, 04:24, 07:32, 26:58; Nihad İsmayılov, 16:49; Murilo Borges Souza, 27:07; Hadi Ahmadi, 34:09

Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Vüsal Balaşov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest