"Barselona"nın hücumçusu Luis Suares gələcək taleyinə aydınlıq gətirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Uruqvay millisinin üzvü karyerasını hazırkı komandasında bitirmək niyyətindədi.

32 yaşlı forvard hətta rəhbərlikdən yeni müqavilə ilə bağlı təklif gözlədiyini də etiraf edib: "Burda çox xoşbəxtəm, komandam üçün hər zaman bütün gücümü qoymuşam. Statistikalar və uğurlar da məni dəstəkləyir. Müqavilənin uzadılmasını müzakirə etməyə hazıram və düşünürəm ki, yeni sözləşmə bağlayacağıq".

Qeyd edək ki, Luis Suaresin "Barselona" ilə hazırkı anlaşma müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest