UEFA Millətlər Liqasında II turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, turun üçüncü oyun günündə 10 qarşılaşma baş tutacaq.
C Liqasının I qrupunda Finlandiya Belarusla qarşılaşacaq, III qrupda isə Moldova Farer adaları ilə üz-üzə gələcək.
A Liqasının III qrupunda İspaniya Xorvatiyanı, Çexiya isə İngiltərəni sınağa çəkəcək.
B Liqasının I qrupunda Şotlandiya İsveçrə ilə, Sloveniya isə Şimali Makedoniya ilə xal mübarizəsinə çıxacaq.
Nəhayət, C Liqasının I qrupunda San-Marino Albaniyanı, III qrupda Slovakiya Qazaxıstanı qəbul edəcək, IV qrupda isə Bolqarıstan Estoniya ilə, Lüksemburq isə İslandiya ilə qarşılaşacaq.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, II tur
2 sentyabr
C Liqası, I Qrup
20:00. Finlandiya – Belarus
C Liqası, III Qrup
20:00. Moldova – Farer adaları
A Liqası, III Qrup
22:45. İspaniya – Xorvatiya
22:45. Çexiya – İngiltərə
B Liqası, I Qrup
22:45. Şotlandiya – İsveçrə
22:45. Sloveniya – Şimali Makedoniya
C Liqası, I Qrup
22:45. San-Marino – Albaniya
C Liqası, III Qrup
22:45. Slovakiya – Qazaxıstan
C Liqası, IV Qrup
22:45. Bolqarıstan – Estoniya
22:45. Lüksemburq – İslandiya













