çempionlar Liqasının 1/8 final mərhələsində "Napoli"yə qarşı görüşdə zədələnən "Barselona"nın müdafiəçisi  Jerar Pikenin durumuna aydınlıq gəlib.

Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu həftəsonu keçiriləcək "el klasiko"da çıxış edə biləcək. "Napoli" ilə görüşdə ayaq biləyindən zədələnərək meydanı tərk edən təcrübəli müdafiəçinin durumunun ciddi olmadığı bildirilib. Onun "Real"a qarşı forma geyinə biləcəyi dəqiqləşib.

"Real" – "Barselona" matçı martın 1-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest