Kristiano Ronaldo "Yuventus"dan ayrılmağı düşünmür. Matc.az "Tuttosport"a istinadən xəbər verir ki, potruqaliyalı İtaliyada qalmaq niyətindədir.

Yerli mətbuat ulduz oyunçunun komandadan ayrılacağını yazırdı. Buna səbəb kimi Ronaldonun koronavius pandemiyası səbəbindən maaşların azaldılmasına razı olmaması göstərilirdi. Ancaq portuqaliyalının belə bir fikri yoxdur. O, müqaviləsinin sonuna qədər "Yuventus"da qalacaq.

Qeyd edək ki, 35 yaşlı futbolçunun 2022-ci ilə qədər anlaşması var. O, bu mövsüm komandası ilə keçirdiyi 22 oyunda 21 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest