Britaniya mətbuatı 23 yaşlı futbolçunun komandanın forvardları - Raul Ximenez, Leonardo Kampana və Renat Dadaşovla rəqabətə girə bilmədiyini yazır.

"Vulverhempton"nun mövsüm sonunda komandadan göndərəciyi futbolçular bəlli olur. Matc.az xəbər verir ki, onlardan biri hücumçu Brayt Enobaxaredir.  

Britaniya mətbuatı 23 yaşlı futbolçunun komandanın forvardları – Raul Ximenez, Leonardo Kampana və Renat Dadaşovla rəqabətə girə bilmədiyini yazır. Futbolçunun çıxışı baş məşqçini razı sala bilmədiyi üçün yayda klubdan göndəriləcək.

Nigeriya U-23 millisinin üzvü "Kilmarnok", "Koventri" və "Viqan" kimi klublara icarəyə verilsə də, gözlənilən çıxışı edə bilməyib.

Qeyd edək ki, mətbuat daha əvvəl Renatın da təcrübə toplaması üçün başqa bir kluba icarəyə verilə biləcəyini yazıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest