Filip Koutinyo "Bavariya"nın heyətində məşqlərə qoşulub. Matc.az klub saytına istinadən xəbər verir ki, ayaq biləyindən əməliyyat olunan futbolçu tam sağalıb.

Müqavilə ilə "Barselona"ya məxsus olan braziliyalı yarımmüdafiəçi icarə əsasında Münhen klubunda çıxış edir. Onun "Bavariya"dakı gələcəyi bəlli deyil. Növbəti mövsüm komandada olmayacağı deyilirdi.

Ancaq Almaniya mətbuatı rəhbərliyin Koutinyo ilə bağlı fikrinin dəyişdiyini yazır. Məşqçilər heyətinin futbolçu ilə bir il daha çalışmaq istədiyi bildirilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest