Fransada transfer pəncərəsinin vaxtı açıqlanıb. Matc.az xəbər verir ki, iyunun 8-dən Liqa1 klubları öz aralarında oyunçu keçidlərini rəsmiləşdirə bilərlər.
 
Əvvəllər Fransada transfer dönəmi iyulun 1-də açılırdı. Lakin koronavirus pandemiyası səbəbindən çempionat vaxtından əvvəl başa çatdırılacağı üçün iyunun 8-dən federasiya yerli klublara rəsmi danışıq aparmaq icazəsi verib.
 
Qeyd edək ki, əksər ölkələrdə mövsüm bərpa olunduğundan transfer dönəmi gec açılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest