İyunun 21-də başlayacaq Premyer Liqaya hazırlıq çərçivəsində "Qəbələ" və "Sumqayıt" klubları bu gün yoxlama oyununda üz-üzə gəliblər

İyunun 21-də başlayacaq Premyer Liqaya hazırlıq çərçivəsində "Qəbələ" və "Sumqayıt" klubları bu gün yoxlama oyununda üz-üzə gəliblər.
 
Matc.az xəbər verir ki, Sumqayıtda baş tutan qarşılaşma saat 20:00-da start götürüb.
 
"CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanan görüşdə qapılara dörd qol vurulsa da, qalib müəyyənləşməyib.
 
Yoxlama oyunu
 
10 iyun
 
Sumqayıt – Qəbələ 2:2
Qol: Elvin Cəfərquliyev, 8. Amil Yunanov. 73 – Roman Hüseynov, 42. Nikolas Raysel, 60-pen.
Sumqayıt şəhər stadionu.
 
Sumqayıt: Aydın Bayramov, Vurğun Hüseynov (k), Cəmaləddin Xocaniyazov, Vüqar Mustafayev, Əmir Ağayev, Süleyman Əhmədov, Sətran Taşqın, Elvin Cəfərquliyev, Mehdi Şərifi, Rəhim Sadıxov, Xəyal Nəcəfov.
 
Qəbələ: Anar Nəzirov (k), Amin Seydiyev, İvitsa Juniç, Sadiq Quliyev, Yusif Nəbiyev, İdris İnqilablı, Roman Hüseynov, Rövlan Muradov, ülvi İsgəndərov, Rodriqo Qattas, Abdelrafik Jerar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest