03 Dekabr 2018, 09:34
AVRO-2024
"Məncə, püşkatmanın nəticəsi çətin zarafat oldu. Qrupumuza Xorvatiya kimi sevilən komanda düşüb. Onlar son dünya çempionatının gümüş mükafatçılarıdı". Matç.az saytının məlumatına görə, bunu Slovakiya millisinin kapitanı Marek Hamşik deyib.
"Napoli"nin futbolçusu AVRO-2020-nin seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirib.
Xorvatiyanı qrupun favoriti sayan Hamşik Azərbaycan millisinə autsayder gözü ilə baxdığını bildirib: "Uels arzuolunmaz rəqibdi. AVRO-2016-da onlarla başabaş mübarizə aparmışdıq. Uelsin baş məşqçisi Rayan Giqqz rəqiblər üçün xoşagəlməz futbol oynadır. Maraqlısı burasındadı ki, mən indiyə qədər Macarıstana qarşı çıxış etməmişəm. Qonşularla matçları səbirsizliklə gözləyirəm. çünki yaxşı azarkeşləri var. çox sayda fanatlar onları həm evdə, həm də səfərdə dəstəkləyirlər. Macarıstana qarşı iki maraqlı oyun keçirəcəyik. Azərbaycan çətin rəqib deyil. Ancaq onlara heç bir halda yuxarıdan aşağı baxmayacağıq. 6 xal almalı olduğumuz rəqibdi. Yenə də vurğulayıram ki, Azərbaycanın gücünü kiçiltmək fikrində deyiləm".
Qeyd edək ki, millimiz AVRO-2020-nin seçmə mərhələsinin E qrupunda Slovakiya, Xorvatiya, Uels və Macarıstanla mübarizə aparacaq.