“Brentford”un yarımmüdafiəçisi Cordan Henderson İngiltərə Premyer Liqasının 16-cı turunda “Lids”ə qarşı ev matçında (1:1) parlaq performansla yadda qalıb.

Matc.az xəbər verir ki, 35 yaşlı futbolçu 70-ci dəqiqədə hesabı açaraq “arılar”ın heyətində ilk qolunu vurub.

Bu qarşılaşma Henderson üçün əlamətdar olub. O, İngiltərə klubları səviyyəsində karyerasında 600-cü oyununu keçirib. Beləliklə, təcrübəli yarımmüdafiəçi milli futbol tarixində uzunmüddətli və sabit çıxışı ilə seçilən futbolçuların elit siyahısına daxil olub.

Qoldan sonra Henderson 3 iyul tarixində qardaşı Andre Silva ilə birlikdə yol-nəqliyyat hadisəsində faciəvi şəkildə dünyasını dəyişən Dioqo Jotanın qol sevincini təkrarlayıb. Hər iki futbolçu 2020–2023-cü illərdə “Liverpul”un şərəfini qoruyub.

Peşəkar karyerası ərzində Cordan Henderson “Koventri”nin heyətində 13, “Sanderlend”də 79, “Liverpul”da 492 və “Brentford”da 16 rəsmi oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest