"İndi hətta autsayder hesab edilən komandaya qarşı da diqqətli olmalı və konsentrasiyanı itirməməlisən. Hər oyunda maksimum gücü ortaya qoymaq lazımdı".

"Daliç bunun asan qrup olmadığını düşünməkdə haqlıdı. Futbolda asan heç nə yoxdu". Matç.az saytının məlumatına görə, bunu Xorvatiya millisinin sabiq baş məşqçisi Miroslav Blajeviç deyib.
 
83 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya yığmasının düşdüyü qrupu dəyərləndirib. Blajeviç xorvatları qrupun favoriti sayır: "Dürüst olmaq lazımdısa, Almaniya və Serbiya ilə bir qrupa düşmədiyimiz üçün bunu Tanrının bizə köməyi hesab edirəm. Ancaq indi hətta autsayder hesab edilən komandaya qarşı da diqqətli olmalı və konsentrasiyanı itirməməlisən. Hər oyunda maksimum gücü ortaya qoymaq lazımdı. Təbii ki, bundan da nisbətən rahat qrupa düşmək olardı. Komandanın öz zehniyyəti var. Daliç futbolçuları qələbəyə kökləmək və inandırmaq üçün psixoloji cəhətdən yaxşı hazırlaşdırmaq məcburiyyətində qalacaq. Bütün komanda yalnız qrupu zirvədə bitirmək barədə düşünməlidi".
 
Qeyd edək ki, Xorvatiya E qrupunda Uels, Macarıstan, Slovakiya və Azərbaycanla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest