"Bu, bizim evdə İspaniyanı udmağımız qədər vacibdi. İndi isə Xorvatiya ilə məsələni həll etməliyik. AVRO-2020-yə yüksəlmək üçün mümkün qədər çox xal toplamalıyıq"

"Daha asan qrupa da düşə bilərdik. Amma bundan çətini də mümkün idi. Elə qrupa düşmüşük ki, burda oynamaq da olar, uğursuzluq yaşamaq da". Matç.az saytı xəbər verir ki, bunu Slovakiya millisinin futbolçusu Martin Şkrtel deyib.

Yığmanın kapitanı AVRO-2020-nin püşkatmasını dəyərləndirib: "Aşkar favorit Xorvatiyadı. Uels, Slovakiya və Macarıstan səviyyə baxımından oxşardı. Komandanın, ayrı-ayrı futbolçuların matçlar zamanı hansı formada olması həlledici rol oynayacaq. Uelsdə çox şey komandanın lideri Qaret Beyldən asılıdı. Amma digər oyunçuların da əksəriyyəti İngiltərə Premyer Liqasında çıxış edir. Macarıstanla derbimiz azarkeşlər üçün də maraqlı olacaq. Azərbaycan yığmasını da unutmaq olmaz. Bu komanda münasib olmayan rəqibdi. Final mərhələsinin ev sahiblərindən biri Bakı olduğu üçün onlar həlledici raunda yüksəlməkdən ötrü mümkün hər şeyi edəcək".

Şkrtel Slovakiyanın ilk iki yerdən birini tutmaq gücündə olduğunu düşünür: "Bu, bizim evdə İspaniyanı udmağımız qədər vacibdi. İndi isə Xorvatiya ilə məsələni həll etməliyik. AVRO-2020-yə yüksəlmək üçün mümkün qədər çox xal toplamalıyıq. Artıq komandamızda təkcə səviyyə deyil, həm də əvvəlki tsikllərdə toplanan təcrübə də var. Final mərhələsinə vəsiqəyə iddia etmək iqtidarındayıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest