"Püşkatmadan sonra xoşbəxtəm. Əlbəttə ki, asan olmayacaq. Bilirik ki, Avropada artıq zəif rəqib yoxdu". Matç.az saytının məlumatına görə, bunu Slovakiya millisinin mərkəz müdafiəçisi Milan Şkriniar deyib.
 
Milan "İnter"inin futbolçusu yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində düşdükləri qrupu dəyərləndirib.
 
23 yaşlı oyunçu xorvatlara rəqib olacaqlarını öncədən təxmin etdiyini bildirib: "Qrup mərhələsinin oyunlarını səbirsizliklə gözləyirik. Ən yaxşı nəticəni göstərməyə çalışacağıq. Bunu bacaracağımıza da inanırıq. Elə bir komanda yox idi ki, onunla qarşılaşmaq və ya qarşılaşmamaq istəyim. Amma ötən həftə "İnter"dəki xorvatiyalılarla deyirdik ki, bir qrupa düşəcəyik. Belə də oldu".
 
Qeyd edək ki, Slovakiyanın E qrupundakı rəqibləri Xorvatiya, Uels, Macarıstan və Azərbaycan olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest