"Almaniya və İspaniya ilə eyni qrupa düşmədiyimiz üçün sevinirəm. Ancaq dünya çempionatında yüksək səviyyədə çıxış edən Xorvatiya ilə qarşılaşacağıq".

"Elə bir komanda yox idi ki, onunla eyni qrupa düşməyi arzulayım". Matç.az saytı xəbər verir ki, bu sözləri Slovakiya yığmasının hücumçusu Adam Zrelak deyib.
 
"Nürnberq"in forvardı yerli mətbuata açıqlamasında AVRO-2020-nin püşkatmasını dəyərləndirib. 24 yaçkl futbolçu qrup birinciliyinə ümid edir: "Əlbəttə ki, Almaniya və İspaniya ilə eyni qrupa düşmədiyimiz üçün sevinirəm. Ancaq dünya çempionatında yüksək səviyyədə çıxış edən Xorvatiya ilə qarşılaşacağıq. Bir sözlə, işimiz asan olmayacaq. Qrupumuzdakı digər komandalara gəlincə, Uels və Macarıstanla ağır "döyüş"lərə çıxacağıq. Həmçinin Azərbaycana qarşı da fərqli olmayacaq. çətin, balanslı və maraqlı qrupdu. Hər matçda iddialı olacağıq. İnanıram ki, uğur qazanacağıq".
 
Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsinin E qrupunda Xorvatiya, Uels, Macarıstan, Slovakiya və Azərbaycan qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest